Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun 25 yaşlı nəvəsi İslam Böyük Britaniya hökumətindən siyasi sığınacaq istəyib.
Bu barədə İ.Kərimovun vəkili bəyan edib.
Vəkil bildirib ki, mərhum prezidentin nəvəsi hələ dekabr ayında sığınacaq üçün müraciət edib.
İ.Kərimov özü isə anası Gülnarə Kərimovanın həyatında vacib hadisənin baş verdiyini bildirib. Başqa təfərrüatlar barədə məlumat verməyib.
Maraqlıdır ki, İslam Kərimovun nəvəsinin sığınacaq istəməsi xəbərinin yayılması, babasının 80 illik yubileyinə təsadüf edir.
Azadliq.info
Oxunub: 292