Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasında hakimiyyətin bundan sonrakı hədəflərinə toxunub.
Prezident deyib ki,bundan öncə əsas hədəflərdən biri yoxsulluq və işsizliyin azaldılması idi.
Dövlət başçısı vurğulayıb ki, bu hədəfə uğurla nail olundu, yoxsulluq 5,4 faiz səviyyəsindədir.
AzadliqRadiosu prezidentin yoxsulluğun səviyyəsi ilə bağlı dediklərinə iqtisadçılardan münasibət alıb.
İqtisadçı Rövşən Ağayev isə bildirib ki, Azərbaycanda hökumət yoxsulluq həddini yaşayaş minimumunun dəyəri əsasında müəyyən edir.
İqtisadçı Türkiyəni misal gətirərək deyib ki, bu ölkədə 1 nəfərin yoxsulluğu qarşılamaqdan ötrü müəyyən edilən dəyərdə ərzağın payı cəmi 30 faizdir.
Onun bildirməsinə görə,Azərbaycanda isə hökumətin yoxsulluq həddi kimi müəyyən etdiyi 136 manatın 74 faizi ərzaq tələbatı ilə bağlıdır: “Eyni zamanda, bizdə yoxsulluq həddi göstəricisinin dəyəri Türkiyədəki aclıq həddi göstəricisinin dəyərinə uyğundur. Yəni bizdə hökumətin elan elədiyi 5 faiz yoxsulluq əslində aclıq həddi göstəricisidir”.
Rövşən Ağayev növbəti misalı Avropa Birliyi (AB) ölkələrindən gətirib.
İqtisadçının sözlərinə görə, Avropa Birliyi (AB) nisbi yoxsulluq səviyyəsi ilə yanaşı insanların yoxsulluq riski ilə üzləşmə səviyyəsini də aşkarlamaq məqsədi ilə daha bir neçə göstəricidən istifadə edir: “Məsələn, “maddi məhrumiyyət”, “kəskin maddi məhrumiyyət” və “aşağı əmək intensivliyi” statistikası ayrıca aparılır. Bu göstəricilər Avropa ölkələrində əhalinin sosial vəziyyətini qiymətləndirmək üçün komleks göstəricilərdir”
İqtisadçı qeyd edib ki, maddi məhrumiyyət 9 problem əsasında qiymətləndirilir:
“Kredit (ipoteka da daxil) və yə icarə haqqına, kommunal xidmətlərə görə ev təsərrüfatının borcunun olması. İldə ən azı 1 dəfə evdən kənarda 1 həftə istirahət etmək imkanının olmaması. Hər 2 gündən bir ət (yaxud toyuq, balıq və ya onların tərəvəz ekvivalenti) almaq imkanının yetərsizliyi.
İqtisadçı Vüqar Bayramov bildirib ki, yoxsulluğun meyarlarını Dünya Bankı müəyyənləşdirir. Bu meyarlara əsasən gündəlik gəlir əsas götürülür.
İqtisadçının deməsinə görə, əgər adamın gündəlik gəliri 2 dollardan az olarsa, artıq yoxsul hesab olunur.
Vüqar Bayramov vurğulayıb ki, Dünya Bankının meyarları əsas götürülsə, aylıq gəliri 60 dollardan çox olanlar yoxsul sayılmır.
Amma iqtisadçı Dünya Bankının metodologiyasının Azərbaycana tətbiqinin mümkünsüz sayır:
“ Çünki son dövrlər Avropada keyfiyyət yoxsulluğu termininə müraciət olunub. Söhbət qiymətlərin səviyyəsi, fərqli xidmətlərə, məsələn, elektron xidmətlərə çıxış imkanlarının əldə edilməsindən gedir.
Dünya Bankı bu cür metodologiyanı ona görə hazırlayır ki, başqa ölkələrdə də yoxsulluğun səviyyəsini bir-biri ilə müqayisə edə bilsin. Azərbaycanda isə ehtiyac meyarına əsasən yoxsulluq müəyyənləşir. Ehtiyac meyarından aşağı olanlar da ünvanlı sosial yardım almaq imkanına malikdirlər. Qeyd olunan rəqəm, 5 faiz Dövlət Statistika Komitəsinin rəqəmidir. Bununla bağlı komitənin rəsmiləri ilə söhbətlərimiz olub, onlar evlərdə keçirilən sorğularla bu rəqəmləri əldə edirlər. Əgər, biz nəzərə alsaq ki, ehtiyac meyarından az olanların ünvanlı sosial yardım almaq imkanları var, onda həmin rəqəmin mövcud metodologiya əsasında ortaya çıxdığını demək olar. Yox, Dünya Bankının metodologiyasını tətbiq ediriksə, onda bankın meyar kimi götürdüyü gündəlik gəlirdən az alan və ehtiyac meyarından az qazanan vətəndaşların sayının nə qədər olduğu hesablanmalıdır. Bunun da əmək qabiliyyətli və ya mövcud əhali sayı ilə müqayisə edilməsinə ehtiyac var”.
Gözlənilməz xərcləri qarşılamaq imkanının olmaması. Telefonsuz (mobil telefon da daxil) olmaq. Hebelə, televizor, paltaryuyan maşın, maşın almaq və mənzili isitmək üçün zəruri imkanının olmaması. Əgər ailə təsərrüfatı 9 problemdən ən azı 3-ü ilə üzləşirsə, “maddi məhrumiyyət”, ən azı 4-ü ilə üzləşirsə, “kəskin maddi məhrumiyyət” içərisində olan ailə kimi statistikanın qeydiyatına salınır. Ən son statistikaya görə, hazırda AB əhalisinin 17 faizi maddi məhrumiyyət (o cümlədən kəskin maddi məhrumiyyət) içərisindədir. Ən yüksək göstərici Bolqarıstan (49 faiz), ən aşağı göstərici Niderland və Avstriya kimi ölkələrdə (2-3 faiz) qeydə alınıb. “Aşağı əmək intensivliyi” statistikasına o şəxslər daxil edilir ki, onlar il ərzində 12 aylıq təqvim ilnin 20 faizindən azını (təxminən 73 gün) işləmək imkanına malik olur. Ən son statistikaya görə, AB əhalisinin 10.5 faizi il ərzində 2.5 aydan az işləmək imkanına malik olub. Yoxsulluğu həm də belə ölçərlər .İnsanların gerçək həyatda hansı məhrumiyyətlər çəkdiyini ölçmədən 5 faiz yoxsulluq elan eləməkdən asan nə var ki…?!”. (Azadlig.org)
Oxunub: 510