Ləğv prosesində olan “Bank Standard” QSC-də manatın ilk devalvasiyasının baş verdiyi 21 fevral 2015-ci ildən bir gün əvvəl, yəni köhnə tarixlə dollar satışı rəsmiləşdirilib.
Bunu Bankın Kreditorlar Komitəsinin bu gün keçirilən növbəti iclasında qurumun sədri, hüquqşünas Əkrəm Həsənov deyib.
“Bankın ləğv planında yazılıb ki, “Bank Standard” manatın ucuzlaşdırılmasından 197 mln. manat zərər edib. Bu zərər, çox güman ki, devalvasiyadan 1 gün əvvəl dollar alanların hesabına yaranıb. Mən ləğvediciyə – Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna sorğu vermişəm ki, həmin dollar almış şəxslərin siyahısı təqdim olunsun, amma əməl edilməyib”, – deyə Ə.Həsənov qeyd edib. (report)
Oxunub: 246