Yaxud, analoqsuz inkişafa analoqlu suallar
YAP hakimiyyəti sözə sədaqət andı içib. Eyni adamlar uzun illərdi ki, eyni sözlərlə tamaşaçılar qarşısında çıxış edir. İstənilən tədbirin, istənilən bayramın, istənilən faciə gününün əsas qəhrəmanı “inkişaf”dır. Zülm ərşə dirənsə də, səfalət hər evdən sallansa da, bütün dünya YAP hakimiyyətinin eybəcər əməllərindən danışsa da, bu komanda yalnız inkişafdan danışır.
Yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan tədbir keçirilib. Tədbirdə ölkə başçısı çıxış edib və yenə də itkin düşən inkişfdan danışıb
“Son 14 ildə ölkədə 30 elektrik stansiyası tikilib. Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilib. Ölkə üzrə qazlaşdırma 93 faizə çatıb. İçməli su və kanalizasiya problemləri uğurla həll olunub. Kənd təsərrüfatının inkişafı üçün tədbirlər görülüb. Dörd su anbarı tikilib, 12 min 300 km yol çəkilib. Son 14 ildə ölkə iqtisadiyyatına 231 milyard dollar sərmaye qoyulub. Ötən 14 ildə əhalimiz 1,5 milyon nəfər artıb. Bu dövrdə maaş və pensiyalar dəfələrlə artırılıb, önəmli sosial layihələr icra olunub. 2003-cü ildən Azərbaycan böyük uğurlara imza atıb. Ölkəmizdə hərtərəfli inkişaf təmin olunub. Ölkədə aparılan islahatlar dünya birliyi tərəfindən də yüksək qiymətləndirilib. Ölkədə sabitlik təmin edilib və bunun da mənbəyində xalq-iqtidar birliyi dayanır”
Bu sözləri Fransanın, Almaniyanın, ABŞ-ın hökumət rəhbərləri deyil, Azərbaycanın prezidenti söyləyib.
14 ildə ölkədə 30 elektrik stansiyasının tikilməsi inkişafdırsa, 25 ildən sonra ölkənin xarici dövlət borcunun 85 dəfə artması nədir?
Qazlaşdırılmanın 93 faizə çatması uğurdursa, qaz istehsal edən ölkənni vətəndaşının qaza həsrət qalması nədir?
Kanalizasiya problemi uğurla həll olunubsa, Bakının qəsəbələrində niyə adamlar “şambo” qazıb, ifunətlə ətirlənir?
Ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulubsa, niyə büdcəmiz bu qədər qısırdı?
14 ildə əhalinin 1.5 milyon nəfər artması uzaqgörən siyasətin nəticəsidirsə, 2.5 milyon vətəndaşın kredit bataqlığında çırpınması nəyin göstəricisidir?
Maaş və pensiyalar dəfələrlə artırılıbsa, niyə vətəndaş 130 manatın girovluğundan çıxa bilmir?
O, hansı dünyanın bilriyidir ki, Azərbaycanın inkişafına heyran qalıb? Dünyanı nüfuzlu qəzet və jurnalları, hüquq müdafiə təşkilatları, qiymətləndirmə agentlikləri Azərbaycandakı korrupsiyadan, saxtakarlıqdan, repressiyadan danışmırmı?
Ölkədə sabitlik təmin edilibsə, hər gün insanların intihar etməsi, həbsxanaların dolması, ötən illə müqayisədə cinayət faktlarının artması, xəstəliklərin cavanlaşması, son 10 ildə 120 min ali təhsilli insanın ölkədən qaçması nəyin göstəricisidir?
Əgər xalq-iqtidar birliyi mövcuddursa,müxalifətin mitinqindən, azad sözdən, azad mətbuatdan, şəffaf seçkidən niyə qorxursuz?
Göründüyü kimi ölkə başçısının sadaladığı hər bir “uğur”un altında uğursulzuq yatır. Hökumətin bütün təbliğatı faktlara söykənən suallar qarşısında acizdir. Heç bir hökumət təmsilçisi bu suallara cavab vermək iqtidarında deyil. Ölkə başçısının uğur göstəriciləri yalnız bir qrup insanın həyatı üçün keçərlidir. O, bol-bol uğurlardan ölkə vətəndaşına pay düşmür.
Samir
Oxunub: 1116