Masallıda məsciddə xütbə oxuduğuna görə 3 il həbs cəzası almış ilahiyyatçı Sərdar Babayevin işi Ali Məhkəməyə çıxıb. Yanvarın 30-da onun kasasiya şikayəti üzrə məhkəmə keçirilib.
İlahiyyatçı haqda hökmü Gülzar Rzayevanın sədrlik etdiyi hakimlər kollegiyası araşdırır. Hakim bildirib ki, Sərdar Babayevin Ali Məhkəməyə ərizəsi daxil olub. O, kasasiya şikayətinə baxılarkən özü də məhkəmədə iştirak etmək istəyir.
G.Rzayevanın dediyinə görə, ərizə gec gəldiyindən onun məhkəmədə iştirakını təmin etmək mümkün olmayıb. Çünki məhkəmənin günü ondan öncə təyin edilmişdi.
İlahiyyatçının istəyini nəzərə alaraq, məhkəmənin fevralın 13-də keçirilməsi qərara alınıb.
S.Babayevin vəkili Cavad Cavadov AzadlıqRadiosuna bildirib ki, ilahiyyatçı 17 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
Oxunub: 144