Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi “Leyla Şıxlinskaya” klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri – baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə 69 nəfər şahidin olduğu elan edilib. Hakim bildirib ki, onlardan, sadəcə, 13 nəfəri dindirilib. Məhkəmə prosesə gəlməyən şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarıb.
Hakim qeyd edib ki, Leyla Şıxlinskaya da məhkəməyə gəlməsi üçün sonuncu xəbərdarlıq edilib.
Məhkəmənin növbəti iclası fevralın 8-nə təyin edilib.
Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar.
Oxunub: 230