“RabitəBank” ASC 2017-ci ili 11 milyon 563 min manat zərər ilə bağlayıb.
Bankın maliyyə hesabatları göstərir ki, ötən il Bankın cəmi gəlirləri 39 milyon 800 min manat, o cümlədən faiz gəlirləri 25 milyon 513 min manat, qeyri-faiz gəlirləri 14 milyon 287 min manat təşil edib. Bankın xalis gəlirləri 20 milyon 45 min manat təşkil etsə də, 11 milyon 479 min manat inzibati xərclərə və ehtiyatlara 20 milyon 128 min manat ayırmaya görə, Bank ötən il zərər edib.
“RabitəBank” ASC 2016-ci ili 12 milyon 873 min manat zərər ilə bağlamışdı. Həmin il Bankın cəmi gəlirləri 43 milyon 767 min manat təşkil etmiş, ehtiyatlara 24 milyon 391 min manat ayırmışdı.
Əsasən likvid vəsaitlər hesabına “RabitəBank”ın əsas maliyyə göstəriciləri artıb.
31 Dekabr 2017-ci il tarixində “RabitəBank” 727 milyon 241 min manat cəmi aktivlərə, 653 milyon 852 min manat cəmi öhdəliklərə və 73 milyon 389 min manat cəmi balans kapitalına malik olub.
31 Dekabr 2016-cı il tarixində “RabitəBank” 552 milyon 288 min manat cəmi aktivlərə, 506 milyon 677 min manat cəmi öhdəliklərə və 45 milyon 612 min manat cəmi balans kapitalına malik idi.
Oxunub: 50