Ginnesin rekordlar kitabına adı düşmüş iki şəxs Misirin turism şurasının dəvəti ilə ehramların yanında görüşüb. Bu barədə Misirin Metro nəşri məlumat verib.
Türkiyədən olan 35 yaşlı fermer Sultan Kesen dünyanın ən hündür adamıdır. Onun boyu 251 santimetrdir. Onunla görüşə isə Hindistandan olan dünyanın ən balacaboy qadını, 62 santimetr hündürlüyündə olan Coti Amdci gəlib.
Kesenin boyu hipofes şişi ilə bağlıdır. Bu xəstəliyə görə onun orqanizmində həddən artıq çox hormon əmələ gəlir.
İyirmi dörd yaşlı hindistanlı isə sümüklərin inkişafdan qalmasına səbəb olan xəstəlikdən əziyyət çəkir. Coti Amdci kino və realiti-şoulara çəkilir.
azadlıq.info
Oxunub: 380