Çərşənbə axşamı, yanvarın 30-da baş nazirin müavini, Rusiya hökuməti hərbi-sənaye kompleksinə nəzarəti həyata keçirən, Dmitri Roqozin Gorki’də jurnalistlərə bildirib ki, ABŞ-ın hal-hazırda tətbiq etdiyi mövcud sanksiyalardan Rusiya hərbi-sənaye kompleksinə (MIC) dəyən ziyan yuz milyardlarla dollardır, yeni məhdudiyyətlər isə Rusiyanın daimi silah alıcılarına misli görünməmiş təzyiqlər göstərəcək.
Rogozinin sözlərinə görə bu sanksiyalar amerikalılar üçün faydalı ola bilər çünki onlar öz mallarını irəli itələyərək avropalıları öz mallarını Rusiya ərazisində satmaq imkanından məhrum edirlər və eyni zamanda da RF-na öz mallarını üçüncü ölkələrdə satmağa mane olurlar, RİA “Novosti” bildirir.
ABŞ Dövlət Departamentinin bildirdiyi kimi, Rusiya müdafiə sənayesinin sanksiyalara görə milyardlarla dollar itirdiyi həqiqətdirmi sualını cavablandıran Rogozin deyib ki, əlbəttə ki, dəyən zərər hesablanır, lakin təəssüf ki, bu onlarla yox hətta yüzlərlə milyard dollar dəyərindədir.
azadliq.info
Oxunub: 48