Müğənni İzzət Bağırov fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, məhkəmədə restoranda ona görə başlanmış davadan danışıb.
Müğənni deyir ki, mahnı oxuyanda operator onu çəkib, bu da məclisdəkilərdən birini əsəbiləşdirib. Gəlib operatorun üstünə qışqırıb ki, onun özünü çəksin: “Mənim ünvanıma da nalayiq sözlər işlətdi. Ona dedim ki, tərbiyəli ol, istəmirsənsə, heç oxumayım. Mikrofonu söndürüb getdim…”.
Müğənninin bu hərəkəti övladının ali məktəbə qəbulu ilə əlaqədar şənlik təşkil edən məclis sahibinin etirazına səbəb olub və ona narazılığını bildirib. Dava da bundan sonra başlayıb. Amma davada müğənni özü yox, sürücüsü iştirak edib. Davada məclisin sahibi və onun oğlu, qonaqlardan da bir nəfər xəsarət alıb. Bu işə görə həbs olunanlardan ikisi – Tural Cahangirov və Rəsul Ələkbərov restoranın mühafizəçisi, Elçin Cavadzadə isə müğənninin sürücüsüdür. Onlar CM-nin 126-cı (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə təqsirləndirilir. Amma heç biri özünü təqsirli bilmir.
Azadliq.info
Oxunub: 1244