Qondarma ittihamlarla həbsə atılan Kanal13-ün rəhbəri Əziz Orucovun ad günü ilə bağlı film çəkilib. “Azad İnsan” haqqında film və ya “Məhbəsə göndərilən ad günü təbriki” filmində Əziz Orucovun ailə üzvləri, uşaqlıq dostları, müəllimləri, o cümlədən əməkdaşlıq etdiyi tanınmış ziyalılar Ramiz Rövşən, Sabit Bağırov, Əliməmməd Nuriyev, Qulu Məhərrəmli, Əvəz Zeynallı və digərlərinin fikirləri yer alıb.
Əziz Orucov 2017-ci ili mayın 2-də həbs olunub. 15 dekabr 2017-ci ildə o, 6 il həbs cəzasına məhkum edilib.
“Amnesty İnternational” təşkilatı Əziz Orucovu vicdan məhbusu elan edib və Azərbaycan hökümətindən onun azad edilməsi istənilib.
Oxunub: 78