“Adamlarınız zavodu qardaşımdan zorla aldı, indi də oğlunuz nifrətlə…”
“Əli və Nino” mağazalar şəbəkəsinin rəhbəri fövqəladə hallar naziri və yaxınlarının onların başına açdığı oyunlar barədə məktub yazıb
“Bir vaxtlar qardaşım kredit götürüb Göyçayda nar şirələri istehsal edən mini-zavod açmışdı. Sizin adamlar o zavodu onun əlindən zorla aldılar, qardaşım müflis oldu. Belə çıxır ki, növbə mənə çatıb. İndi də oğlunuz mənim dükanlarımı əlimdən alır. Taleh Heydərov var gücü ilə, bizləri adam yerinə qoymadan, nifrətlə, saymazyana, dükanlarımızın bağlanmasına çalışır…”, – “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciətində belə yazır.
Əziz dostlar, lütfən izləyin və paylaşın!Hörmətli FHN Naziri cənab Kəmaləddin Heydərov,4 il əvvəl Gilan Holdinqin nümayəndəsi məni Gilan Holdinqin mərkəzi ofisinə dəvət etdi. Sizin adınızdan dedi ki, “Əli və Nino”nu bizə verməlisən: “Əgər verməsən, biz fil, sən isə qarışqa – səni əzəcəyik”.O vaxtdan “Əli və Nino”ya qarşı mənəvi terror başladı: gömrükdə problemlər, mağazalarımda gizli çəkilişlər, işçilərin doprosları, mətbuatda və sosial şəbəkələrdə əleyhimə kampaniyalar.Bu bəs etmədi, indi də “Əli və Nino” kitab dükanları mollardan çıxarılır. Sizin adamlar bizi bu dükanlardan qovur, yerində öz kitab dükanlarını yaradırlar.Cənab Nazir,Mən dəfələrlə Tale Heydarova məktub yazmışam, amma heç bir nəticə olmayıb. Mən dəfələrə sizin köməkçilər vasitəsilə Sizə xəbər göndərmişəm. Heç bir nəticə olmayıb. Bəlkə də Sizin bunlardan xəbəriniz yoxdur.Mən kitab biznesinə 15 il əvvəl 600 dollarla başlamışam. Beynəlxalq təşkilatda işləyirdim, maaşdan qənaət etmişdim. O vaxt Bakıda yalnız 2 kitab dükanı var idi, digərləri bağlanmışdı. Mollarda, ticarət mərkəzlərində kitab dükanları açdıq və kitab gənclərimizin həyatına qayıtdı.Bu gün bizim ardıcıl kitab təbliğatımız, parklarda keçirtdiyimiz endirimli kitab yarmarkalarının sayəsində oxucuların sayı xeyli artıb. Mütaliyə səviyyəsini artırmaq üçün Milli Kitab Mükafatı təsis etmişəm. Bununla da ədəbiyyat mətbuatın gündəminə qayıtdı.Biz bu işə görə heç kəsdən mükafat gözləmədik. Eyni zamanda bizə vurulan indiki qəddar zərbəni də gözləmirdik. Mən həmişə öz işimdən fəxrlə danışmışam. Çünki mən bu işi böyük sevgi və böyük zəhmət ilə qurmuşam. Hörmətli cənab nazir! Sizin ailə kitab biznesinə başlayanda düşündüm ki, nəhayət, Azərbaycanın ucqar yerlərində, heç bir kitab dükanı olmayan rayonlarda kitab dükanları və pulsuz ictimai kitabxanalar açacaqsınız. Oxu mədəniyyətinin inkişafına dəstək verəcəksiz. İmkansız insanlara pulsuz kitab paylayacaqsınız. Axı sizin imkanlarınız bizdən milyon dəfə böyükdür. Gözləntim özünü doğrultmadı. Görünür, kitabsız yerlərə getmək çətin oldu. Amma “Əli və Nino”nu bağlayıb, yerində öz kitab mağazalarını açmaq asandır.Cənab Nazir, Tale Heydərov var gücü ilə və bizləri adam yerinə qoymadan, nifrətlə, saymazyana, dükanlarımızın bağlanmasına çalışır. Mənim qardaşım bir vaxtlar kredit götürməklə Göyçayda nar şirələri istehsal edən mini-zavod açmışdı. Sizin adamlar o zavodu onun əlindən zorla aldılar, qardaşım müflis oldu. O vaxtdan xeyli vaxt keçib. Belə çıxır ki, növbə mənə çatdı. Sizin oğlunuz mənim dükanlarımı əlimdən alır.Mən sizə Azərbaycanda bizneslə məşğul olan tək-tük qadınlardan biri kimi müraciət edirəm. Əlbəttə, mənim arxamda böyük pullar və böyük adamlar yoxdur. Amma mənim arxamda, bir Azərbaycan qadınının böyük zəhməti, vicdanlı və halal əməyi durur.Sizdən xahiş edirəm ki, öz adamlarınıza deyəsiniz ki, məndən əl çəksinlər.Hörmətlə,Nigar KöçərliƏli və Nino kitab şəbəkəsinin sahibiУважаемый господин Кямаледдин Гейдаров!4 года назад представитель “Gilan Holding”, пригласив меня в центральный офис, передал от вашего имени: «Отдай нам свой бизнес. Если не отдашь, мы – это слон, а ты – муравей. Мы тебя затопчем»С тех пор против «Али и Нино» начался террор: проблемы на таможне, допрос сотрудников, скрытая фото и видеосьемка в магазинах, кампания против меня в прессе и соцсетях.Этого, судя по всему, оказалось мало. Сейчас «Али и Нино» выдворяют со всех моллов. Причина: ваши люди на этих местах открывают свои книжные магазины. Я многократно и безрезультатно обращалась к Тале Гейдарову. Я обращалась и к вам посредством ваших помощников, но так же безрезультатно. Возможно, вам об этом ничего неизвестно. Именно поэтому я вынуждена обратиться к вам открыто. Я начала свой бизнес 15 лет назад с 600 долларов, работая в международных организациях м откладывая деньги с зарплаты. В то время в Баку было всего 2-3 книжных магазина, все остальные закрылись. Открывая магазины в торговых центрах, пропагандируя чтение, проводя книжные ярмарки в парках, в холод и зной, нам удалось привить молодежи любовь к чтению. Благодаря основанной нами Национальной Книжной Премии, литература стала актуальной в прессе темой.Мы никогда и ни от кого не ждали благодарности и поощрения за свою работу. Но и нанесенный с вашей стороны жестокий удар стал полной неожиданностью. Я всегда говорила о своей работе с гордостью. Потому что я работала с большой любовью к своему делу и большим трудолюбием.Уважаемый господин министр!Когда ваша семья начала заниматься книжным бизнесом, я подумала, что, наконец, в высокогорных деревушках, в отдаленных регионах откроются книжные магазины и бесплатные общественные библиотеки. Что неимущим будут бесплатно розданы книги. Что это станет социальным проектом. Ведь ваши возможности больше наших в миллионы. Мои ожидания не оправдались. Видимо, творить добро гораздо сложнее, чем закрыть сеть «Али и Нино» и открыть на ее месте свои книжные магазины. Господин министр, Тале Гейдаров всей своей мощью, с огромной ненавистью и высокомерием, не считаясь ни с кем, алчно отбирает у нас магазины. Несколько лет назад мой брат, взяв кредит в банке, открыл в Гейчае мини-завод по производству гранатового сока. Ваши люди отобрали у него бизнес, брат обанкротился. Теперь, кажется, настал мой черед. Я обращаюсь к вам от лица одной из немногочисленных женщин-предпринимателей Азербайджана. Конечно, за моей спиной не стоят большие деньги и большие люди. Но за моей спиной стоит мое трудолюбие, моя чистая совесть и любовь к своему делу. Обращаюсь к вам с просьбой – скажите своим людям, чтобы убрали свои руки прочь от меня и моего бизнеса. С уважениемНигяр КочарлиКнижная сеть «Али и Нино»
Publicerat av Nigar Kocharli den 12 februari 2018
Kəmaləddin Heydərovun adamları: “Əgər verməsən, səni əzəcəyik…”
N.Köçərlinin sözlərinə görə, dörd il əvvəl “Gilan Holding”in nümayəndəsi onu holdinqin mərkəzi ofisinə dəvət edib. Həmin görüşdə K.Heydərovun adından bildirilib ki, “Əli və Nino” onlara verilməlidir. Xəbərdarlıq da olunub: “Əgər verməsən, biz fil, sən isə qarışqa – səni əzəcəyik”.
N.Köçərli deyir ki, o vaxtdan “Əli və Nino”ya qarşı mənəvi terror başlayıb: gömrükdə problemlər, mağazalarda gizli çəkilişlər, işçilərin dindirməyə çağırılması, mətbuatda və sosial şəbəkələrdə N.Köçərlinin əleyhinə kampaniyalar…
Bütün bunlarla da kifayətlənməyib, indi də “Əli və Nino” kitab dükanlarını böyük ticarət mərkəzlərindən – “Mall”lardan çıxarırlar.
N.Köçərli daha sonra yazır:
“Cənab nazir, Sizin adamlar bizi bu dükanlardan qovur, yerində öz kitab dükanlarını yaradırlar. Mən dəfələrlə Tale Heydarova məktub yazmışam, amma heç bir nəticəsi olmayıb. Mən dəfələrə köməkçiləriniz vasitəsilə Sizə xəbər göndərmişəm. Heç bir nəticəsi olmayıb. Bəlkə də Sizin bunlardan xəbəriniz yoxdur…
Mən kitab biznesinə 15 il əvvəl 600 dollarla başlamışam. Beynəlxalq təşkilatda işləyirdim, maaşdan qənaət etmişdim. O vaxt Bakıda yalnız 2 kitab dükanı var idi, digərləri bağlanmışdı. Mall-larda, ticarət mərkəzlərində kitab dükanları açdıq və kitab gənclərimizin həyatına qayıtdı.
Bu gün bizim ardıcıl kitab təbliğatımız, parklarda keçirtdiyimiz endirimli kitab yarmarkalarının sayəsində oxucuların sayı xeyli artıb. Mütaliyə səviyyəsini artırmaq üçün Milli Kitab Mükafatı təsis etmişəm. Bununla da ədəbiyyat mətbuatın gündəminə qayıtdı.
Biz bu işə görə heç kəsdən mükafat gözləmədik. Eyni zamanda bizə vurulan indiki qəddar zərbəni də gözləmirdik.
Mən həmişə öz işimdən fəxrlə danışmışam. Çünki mən bu işi böyük sevgi və böyük zəhmət ilə qurmuşam.
“Adamlarınıza deyin, məndən əl çəksinlər”
Cənab nazir, Sizin ailə kitab biznesinə başlayanda düşündüm ki, nəhayət, Azərbaycanın ucqar yerlərində, heç bir kitab dükanı olmayan rayonlarda kitab dükanları və pulsuz ictimai kitabxanalar açacaqsınız. Oxu mədəniyyətinin inkişafına dəstək verəcəksiz. İmkansız insanlara pulsuz kitab paylayacaqsınız. Axı sizin imkanlarınız bizdən milyon dəfə böyükdür. Gözləntim özünü doğrultmadı. Görünür, kitabsız yerlərə getmək çətin oldu. Amma “Əli və Nino”nu bağlayıb, yerində öz kitab mağazalarını açmaq asandır.
Cənab Nazir, Tale Heydərov var gücü ilə və bizləri adam yerinə qoymadan, nifrətlə, saymazyana, dükanlarımızın bağlanmasına çalışır.
Mənim qardaşım bir vaxtlar kredit götürməklə Göyçayda nar şirələri istehsal edən mini-zavod açmışdı. Sizin adamlar o zavodu onun əlindən zorla aldılar, qardaşım müflis oldu. O vaxtdan xeyli vaxt keçib. Belə çıxır ki, növbə mənə çatdı. Sizin oğlunuz mənim dükanlarımı əlimdən alır.
Mən Sizə Azərbaycanda bizneslə məşğul olan tək-tük qadınlardan biri kimi müraciət edirəm. Əlbəttə, mənim arxamda böyük pullar və böyük adamlar yoxdur. Amma mənim arxamda, bir Azərbaycan qadınının böyük zəhməti, vicdanlı və halal əməyi durur.
Sizdən xahiş edirəm ki, öz adamlarınıza deyəsiniz ki, məndən əl çəksinlər…”
Azadliq.info
Oxunub: 1096