Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Cənubi Koreyanın prezidenti Mun Çje İni Şimali Koreyaya dəvət edib.
Cənubi Koreya prezidentinə “qısa zamanda” dəvətlə bağlı məktubu KXDR-in liderinin bacısı Kim Ye Çjon təqdim edib.
Cənubi Koreyada keçirilən Qış Olimpiya oyunlarının açılış mərasimində Şimali Koreyanın da nümayəndə heyəti iştirak edib. Onların arasında Koreya Əmək Partiyası Siyasi Bürosunun üzvü, Kim Çen Inın 26 yaşlı bacısı da var. Fevralın 9-da Şimali Koreyadan olan nümayəndə Cənubi Koreyanın prezident sarayında olublar, Mun Çje İn onların şərəfinə ziyafət verib.
Oxunub: 1200