31 Yanvar 2018-ci il tarixinə olan məlumata görə Azərbaycanda 97 auditor şirkəti lisenziyaya malik olub.
“Marja”nın Auditor Palatasının məlumatları üzrə apardığı araşdırmaya görə, 97 şirkətdən 13 -nün fəaliyyəti dayandırılıb.
Fəaliyəti dayandırılmış audit şirkətləri aşağıdakılardır:
“Analitik Audit” MMC, “Audit-Servis” MMC, “AZAUDİT” MMC, “Bakı Audit” MMC, “Balans – Audit”, “CROCUS AUDİT” MMC, “Financial Consulting and Audit” MMC, “HS AUDIT” MMC, “Kaspian Konsaltinq”, “M&J” MMC, “PSG TAX CONSULTİNG” MMC, “RR-VAM Beynəlxalq Audit Konsaltinq” MMC, “KPMG Azərbaycan limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi.
KREDİTİ ONLAYN SİFARİŞ ET
Qeyd edək ki, “KPMG Azərbaycan limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi üzrə idarəedici partnyor Əliyev Vüqar Fərman oğludur. Bundan başqa “KPMG Audit Azərbaycan” MMC də fəaliyyət göstərir. Bu şirkət üzrə idarəedici partnyor Murat Karakaşdır.
“Audit-Servis” və “M&J” şirkətlərinin fəaliyyətləri 2018-ci ilin yanvar ayında, digər şirkətlərin fəaliyyətləri isə əsasən 2017-ci ildə dayandırılıb. Şirkətlərin fəaliyyətləri Auditorlar Palatası Şurasının qərarına və şirkətlərin öz ərizələrinə əsasən dayandırılıb.
“Analitik Audit”, “Audit-Servis” və “M&J” şirkətlərinin fəaliyyətləri tam, digər şirkətlərin isə müvəqqəti dayandırılmışdır.
60 sərbəst auditordan isə 3-nün fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır.
“QANUNVERİCİLİYƏ ƏMƏL EDİLMİR”
Fəaliyyəti dayandırılmış “Analitik Audit” MMC-nin direktoru Elburus Niftəliyev bildirib ki, Audit sahəsində qanunvericiliyin tələblərinə məhəl qoyulmur:
“Qanunvericiliyə əsasən bir sıra qrumlar məcburi auditdən keçməlidirlər. Bu tələb yerinə yetirilmir. Həmçinin şirkətlər auditin əhəmiyyətini başa düşmürlər. Bu gün bir çox audit şirkətləri çox aşağı qiymətlərə, möhür vurub audit rəyi təqdim etməklə məşğuldurlar. Biz belə bir fəaliyyət istəmirik. Qanunlara məhəl qoyulmadığından biz də fəaliyyətinmizi dayandırmaq qərarı verdik”.
Oxunub: 186