– Şeyximizin, müftimizin, üləma və axundlarımızın, xüsusən Heydər məscidində moizə oxuyan pişnamazların, molla və dini trolların nəzərinə: Lütfən öz moizələrində, hədislərində və cümə söhbətlərində vaxtı ilə Heydər Əliyevin partiya plenumunda səsləndirdiyi bu qiymətli kəlamı rövnəqləndirməyi unutmasınlar:
“Ayrı-ayrı kommunistlərin, bəzi rəhbər işçilərin, ziyalı nümayəndələrinin dini qalıqlara qarşı mübarizə hissinin kütləşməsi bizi narahat etməyə bilməz. İctimai nəzəriyyələrin tələb etdiyi kimi, mübariz mövqe tutmaq əvəzinə onlar dini təsisatları müdafiə yoluna qədəm qoyurlar. Əgər Elmlər Akademiyasının müxbir üzvü Cümşüd Zülfüqarlı və ya bəstəkar Musa Mirzəyev kimilər nəzir vermək üçün məsciddə gediblərsə, onlar ideoloji işə necə kömək edə bilərlər? Bəzi kommunistlər, məsul işçilər, ziyalı nümayəndələri öz yaxın adamlarının dəfnini dini qaydalarla təşkil edir, belə mərasimlərdə iştirak edir və bunu “xalq” adətinə ehtiram sayırlar. Bu cür “izahaat” həmin kommunistlərin partiyalılıq hissini itirdiklərini göstərir. Həmin yoldaşlar əslində ruhanilərin və cəmiyyətə zidd ünsürlərin fəaliyyətini təqdir edir, öz ömrünü çoxdan başa vurmuş dini adət və ənənələrin dirçəlməsinə kömək göstərmiş olurlar. Sirr deyil ki, belə mərasimlər bir çoxlarını borca salır və xeyli qiymətli vaxtın itirilməsinə səbəb olur. Lakin başlıcası odur ki, belə mərasimlər böyük mənəvi ziyan vurur.” (Kommunist qəzeti, 2 noyabr 1971-ci il)
Oxunub: 1992