Partlayış nəticəsində 2 nəfər xəsarət alıb
Fevralın 26-da günorta saatlarında Mingəçevir şəhərində müxtəlif maşınqayırma və neft avadanlıqları hissələrinin istehsalı ilə məşğul olan “Azneftmaş” ASC-də partlayış olub. Partlayış zamanı 2 nəfər xəsarət alıb.
İlkin məlumata görə, partlayış qaynaq aparatındakı nasazlıq səbəbindən baş verib. Partlayış nəticəsində müəssisənin əməkdaşları – 1978-ci il təvəllüdlü Soltan Qəzənfər oğlu Nazirov və 1986-cı il təvəllüdlü Maqsud Yaqub oğlu İsrafilov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Hər iki yaralı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Azər
Oxunub: 166