Salyan rayonundan hərbi xidmətə çağırılan 1998-ci il doğumlu Qurban Xanlar oğlu Cəfərov xidmət etdiyi Ağdam rayonunda həlak olub.
Əslən Neftçaladan olan Qurban Cəfərov Salyanın Dayıkənd kəndində babasının himayəsində yaşadığından hərbi xidmətə də bu rayondan çağırılıb.
Qurban Cəfərov valideynlərinin yaşadığı Neftçala rayonu Xolqaraqaşlı kəndində bu gün dəfn olunub.
Qurban Cəfərov bu ilin aprelində hərbi xidmətini başa vuracaqdı.
Qeyri-rəsmi məlumata görə, Qurban Cəfərov əsgər yoldaşının avtomat silahından açılan təsadüfi güllənin qurbanı olub.
Müdafiə Nazirliyi bu faktla bağlı hər hansı açıqlama verməyib.
azadliq.info
Oxunub: 438