Rusiyada müxalifətçi Aleksei Navalny-nin bu günlərdə açıqladığı hesabatın mərkəzində duran rusiyalı qadın Tailandda saxlanıb. Navalny-nin araşdırmasında rusiyalı milyarderlə uzun müddət prezident Vladimir Putin-in uzun müddət baş müşaviri olmuş şəxsin görüşdüyü iddia olunurdu.
Tailand mediasının fevralın 26-da yazdığına görə, sevişməklə bağlı kurs keçən, özünü seks eksperti adlandıra 10 rusiyalı bir gün öncə, Pattaya kurort şəhərində oteldə saxlanıb.
BİRİNİN NASTYA RYBKA OLDUĞU TƏSDİQLƏNİB
Polis saxlanmış şəxslərdən birinin Taliandda qanuni müddətdən artıq qaldığını, üçünün krallığa qanunsuz daxil olduğunu, qalanların icazəsiz işlədiyini bildirib.
YouTube-da yayılmış videoda Nastya Rybka adlı Belarusda doğulmuş qadının saxlananlar arasında olduğu görünür.
Navalny-nin Antikorrupsiya Fondu Putin-in yaxın çevrəsinin korrupsiyaya bulaşdığını iddia edən bir neçə hesabat yayıb. Bu yaxınlarda yayılmış hesabatda maqnat Oleg Deripaska ilə baş nazirin müavini Sergei Prikhodko-nun yaxtada görüşdüyü iddia olunurdu.
Rybka-nın “Facebook” hesabından götürülmüş video və fotolar hesabatda yer alıb.
Tailanddakı Rusiya səfirliyinin konsulluq departamentinin rəhbəri Vladimir Sosnov RIA xəbər agentliyinə Rybka-nın saxlanan rusiyalılar arasında olduğunu təsdiqləyib. Onların Tailandda məhkəməyə çıxarılacağını, Rusiyaya deportasiya olunacağını deyib.
1999-cu ildən Rusiyanın prezidenti, yaxud baş naziri olan Putin-in martda daha altı illiyə prezident seçiləcəyi gözlənir.
Putin-in qatı tənqidçisi olan, küçə etirazları təşkil edən Navalny barəsindəki məhkəmə hökmləri əsas gətirilərək seçkiyə buraxılmayıb. Müxalifətçi həmin cinayət işlərinin məqsədli uydurulduğunu deyir. (azadliq.org)
Oxunub: 726