Polis rəisininn arvadının adına təkcə Bakı şəhərində 22 mənzil var
Nərimanov rayonu Təbriz küçəsi ev 94, mənzil 92-də yaşayan Abdullayeva Azadə Firudin qızı 1984-cü ildən Bakıda yaşadığını bildirir. Süpürgəci işləyərək həm iki oğlunu böyüdüb, həm də ev ala bilib. Sonradan həmin evi hazırda yaşadığı mənzillə dəyişib.
Abdullayeva Azadə bildirir ki, Xalidə adlı bir qadının xeyli yalvarışından sonra ona kömək məqsədi ilə evin sənədlərini başqa bir adama verib pul götürüblər. Pul ödənilmədikdə isə onun mənzili qanunsuz olaraq İbrahimova Kəmalə adlı bir qadınının adına özəlləşdirilib. Kəmalə İbrahimova isə o zaman Səbail rayonunun , hazırda isə Qaradağ rayon Polis İdarəsinin rəisi olan Əli İbrahimovun həyat yoldaşıdır.
Mənzil mübahisələndirməsi məhkəmə müstəvisinə çıxarılıb. Nərimanov rayon məhkəməsi Abdullayeva Azadənin xeyrinə qətnamə çıxarıb. Lakin qarşı tərəfin apellyasiya şikayəti təmin olunaraq Kəmalə İbrahimova tərəfindən satılan həmin evin Əli Cəlilova məxsus olması barədə qərar çıxarılıb.
Məhkəmə zamannı göndərilən sorğular nəticəsində məlum olub ki, polis rəisinin arvadının adına Bakı Şəhərində 22 mənzil var. Abdullayevanın sözlərinə görə, bu mənzillərin əksəriyyəti eyni qayda ilə vətəndaşlar aldadılaraq onların əlindən alınıb. O, bu məsələ ilə bağlı digər şikayətçilərin də olduğunu bildirib.
Şikayətçi xanımın bildirdiyinə görə Əli İbrahimov öz vəzifə səlahətlərindən istifadə edərək, onun sağ olan ərinə ölüm aktı alaraq sənədləşmə işini asan həyata keçirə bilib.
Sonda Abdullayeva Azadə özünün və övladlarının hədələndiyini də bildirib. Aidiyyatı qurumlardan ölçü götürülməsini xahiş edib.
azadliq.info
Oxunub: 674