Biləsuvar rayonundan bir qrup idmançı ünvanımıza məktub göndərib. İdmançılar rayonda idmanla bağlı bütün sahələrin çökməsindən gileylənirlər. “Ölkə rəhbərliyi bütün mötəbər tədbirlərdə idmanın inkişafından, tikilən idman komplekslərindən, idmançılara olan qayğıdan danışır. Amma hamı bilsin ki, bu gedişlə Biləsuvarda yaxın zamanda idman adına heç nə qalmayacaq.
Neçə ki, Biləsuvarda rayon İdman idarəsinin müdürü Aqşin Bagırovdur, burda idman olmayacaq. Bilirik ki, ölkə daxili yarışlara büdcədən vaxtaşırı pul ayrılır. Amma o pullar müdürün cibinə gedir (adam özünü ölkə prezidenti kimi aparır). Yarışlar üçün isə valideynlərdən pul yıgır, təbii ki, valideyndə də imkan yoxdur və bu halda yarış təxirə düşür. Martın 30-dan aprelin 1-nə kimi Göygöldə Taekvando üzrə yarış keciriləcəkdi. Baş məşqci maliyyə ilə baglı idarəyə müraciət etsə də, heç onu dinləyən də olmadı.
Pul ayrılmadı, hesablamaya görə hər uşağın gedib qalmaq, yemək- icmək, istirahət etməsi ücün 80-100 manat xərc tələb olunurdu. Bunu da heç bir valideyn verə bilmədiyi ücün yarışda Biləsuvaran idmançı qatıla bilmədi. 2016- cı ildə rayon birinciliyi keçirildi, qaliblərə şəkil çəkdirmək üçün şahmat üzrə “Qramota”lar təqdim olundu, şəkil cəkildikdən sonra yığışdırıldı. Bəs ölkə başcısı deyir Azərbaycan idman ölkəsidi ? Onda belə çıxır ki, Aqşin Bağırov kimilər ölkə başçısını saymır və bildiyini edir. Bu adamın “xidməti” sayəsində rayonda cüdo məhv oldu, karate məhv oldu, futbol məhv oldu, boksla güləş can verir.
Taekvando isə rayondan qırağa çıxa bilmir. Dövlət tərəfindən ayrılan pullar yeyilir, yarış kecirilmir. Adi rayon birinciliyi nədir ki, onu da kecirmirlr. Baş məşqçidə yarışların siyahısı var ki, Aqşin Bağırov möhür vurmadığına görə, uşaqlar yarışa gedə bilməyib. Bu özbaşınalıq nə vaxta qədər davam edəcək, yuxarıdakı səlahiyyətli şəxslər rayonumuzdakı bu vəziyyətlə maraqlansalar pis olmazdı.”
Oxunub: 14