Fransada yaşayan iki azərbaycanlı güllələnib.
Hadisə Tuluza şəhərinin yaxınlığındakı Colomie şəhərində qeydə alınıb.
Qeyd olunub ki, “Audi” markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb.
Güllələnən Rahim Namazovun vəziyyəti ağırdır, arvadı isə xəstəxanada ölüb. Hadisə ilə bağlı yerli prokurorluq orqanı araşdırma aparır.