Məhəmməd Əmin Rəsulzadə 100 il bundan qabaq mətbuatın cəmiyyətin həyatında müstəsna rol oynaması barədə bu gün də çox aktual olan fikirlər demişdi:
“Vətən dərdlərinə mətbuat dərman olur. İstibdadın yurd-yuvasını qəzetlər dağıdıb və dağıdır. Qəzet həmişəlik qaravuldadır (gözətçilikdədir), qoymur ki, ölkənin inkişaf yolu bağlansın.
Mətbuatın əsarəti əxlaq pozğunluğu törədir, əxlaq gözəlliyi və yaxşı xüsusiyyətləri aradan çıxarır, yalan danışmağı, oğurluğu, əyrilik və casusluğu yayır, ədəbi və qələm pozğunluğu meydana çıxarır.
Mətbuat o zaman öz vəzifəsini yerinə yetirə bilər ki, öz işində tam azad olsun. Öz məqsədinə çatmaq üçün mətbuat azad olmalıdır. Mətbuat azadlığı onun öz işində – yazmaqda, nəşrdə, yaymaqda, insani fikirləri çatdırmaqda tam azad olmasından ibarətdir.”