“Həyat yoldaşını itirib, müəllimədir, 4 uşaq böyüdür. Uşaqlarından birinin əlilliyi var. Dolana bilmir, deyir, bu il cəmi 6 saat dərs veriblər. Aldığı qəpik-quruşla çətindir, kreditləri var. Direktor çağırıb deyib ki, narahat olma, oğlunu müalicə etdirəcəyik, gəlirin artacaq, hər şey düzələcək. Sevinib, düşünüb ki, dövləti qayğısına qalacaq. Bir gün sonra başqasının adına açılmış saxta profili, bəzəkli-düzəkli cümlələrdən ibarət tərif mətnlərini və bir siyahını sıxışdırıblar əlinə. Deyiblər, get bu səhifələrə gündə 40 şərh yaz. Prezidenti, hökuməti təriflə, gələcəkdə bizləri xoş günlərin gözlədiyini yaz və s. Ayda da 300 manat vəd ediblər. Ay sonu gəlib, gedib pulunu götürməyə. Deyiblər ki, sizin adınıza kart da açılıb, ancaq kartı əlinizə verə bilmərik. Nə isə 150 manat verib, yola salıblar. Gündəlik şərh limitini isə 200-ə qaldırıblar. Deyiblər, get, davam et, seçkidən sonra 1-2 həftə də şərhlər yaz, pulunun geri qalan hissəsini də onda alacaqsan. İnsanların pis durumundan belə faydalanmaq rəzillikdir”.