Bu gün sosial şəbəkə fəalları şahid olduqları seçki saxtakarlıqları ilə bağlı çoxlu paylaşımlar edib. Onlardan bəzilərini toplayıb birlikdə yaymağı qərara aldıq.
Aytən Qasımova: “Gəlinimiz institutda işləyir, tezdən gedib səs verməyə(məcbur), ordan da göndəriblər Sabir adına Texnikuma, ordan da aparıblar Bakı Dövlət Universitetinə. Arxa qapıdan keçib, zirzəmidən düşüb ora qalxıblar, ölülərin yerinə də səs veriblər. Bizdə səsvermə belə keçir.”
Səyyarə Elxan: “Oğlum seçkilərə görə yaman narahat olub. Sinifdə nə deyiblərsə, tez-tez gəlib deyir ki,” mama, gedəcəksən seçkiyə?” “Yox”. “İstəyirsən məni danlasınlar, ispravka alsınlar?” Müəlliməsi deyib ki,” kim gəlməsə qayıblara görə “spravka” gətirməlidir”
Tuncay Kele: “Mənə seçki komissiyası bildiriş göndəribŞ məktəbdən müəllimə deyir ki, gəl bizimlə səs ver. İşdən də dedilər mütləq işə gəlin, səsverməyə gedəcəyik, bu biabırçılıqdır”
Ramin Əhmədov: “ Şəhərin Memar Əcəmi metrosu yaxınlıgında böyük bir saxta seçki karuseli məntəqələri gəzərək səs verirlər. Çəkilişə mane olsalar da, çəkiliş apara bildik. yaxın vaxtda videonu sizlərə təqdim edəcəyik.”
Nəsib Əsədov: “JEK işçiləri 10 məntəqədə səs veriblər. Hansı qanunda belə şey var. Vətəndaş bir dəfə səsvermə hüququna malikdir, daha 10 dəfə yox”
Rüstəm Məmmədov: “Səhər saat- 9 da uşağın müəlliməsi zəng etmişdi ki, məktəbə gəlin, səsverməyə. Əsəblərimi cilovlayıb “ar olsun sizə” deyə bildim sadəcə”.
Ağakişi Əliyev: “Məktəb direktorlarına əmir verilib. Bütün müəllimlər sabah məntəqələrə gəlməli, məzhəkədə iştirak etməlidirlər, bəzi məktəblərdə hətta şagirdlərdən, müəllim adını uca tutan, ləyaqətli müəllmlərə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Goranboyun Safıkürd kəndində belə bir neqatif hadisə baş verib, məktəb direktoru seçkidə iştirak etməyəcəyini söyləyən müəllimlərdən birinə məktəbdən qovulacağıyla bağlı xəbərdarlıq edib. Görün haralara qədər alçaldı bu rejim.”
Xədicə İsmayıl:
-72 saylı dairədə 45 saylı məntəqəni bütün gün izləmişəm. Kameraya da çəkirdim. Saat 13-də və 15-də zəng elədim dairəyə, rəqəmləri soruşdum. Dedim ki, axı qutu boşdur, rəqəmlər necə artır? Dedilər, yox, qutu doludur. Müşahidəni davam elədim, kameranı söndürdülər.
Xaliq Bahadır: “Yeni Yasamal. 286 saylı məktəb. 12 saylı seçki dairəsi, məntəqələriylə. Üstəlik, işğal edilmiş rayonların seçki məntəqələri. Qadın müəllimlər durmadan məntəqələrə bülleten daşıyır, sonra da gəlib oğrun-oğrun koridorun kəsişməsində dayanıb sağa-sola göz qoyan direktora hesabat verirlər… Beləcə, davam edir… hakimiyət işğalı!”