Turan TV haqqında reportaj iki gündə 50-dən artıq Fransa nəşrində necə yer aldı?
Hökumət özünün hansısa mənasız kampaniyalarını xaricdəki lobbi təşkilatlarına külli- miqdarda pul ödəməklə keçirir, sonra da həmin tədbirlər haqqında beşinci- altıncı dərəcəli, ya da ümumiyyətlə dərəcəsi olmayan anonim saytlarda yerləşdirib bunu azərbaycanlılara Əliyevin siyasi varlığının təcəssümü kimi sırımağa çalışır. Dünən bir xəbər yaydıq ki, France Press kimi nüfuzlu KİV Turan TV haqqında reportaj yayıb. Bu reportaj iki gün ərzində Fransada 50- yə qədər kütləvi informasiya vasitəsində dərc edilib, paylaşılıb, göstərilib. Bu gün Fransanın ən nüfuzlu və tirajlı jurnallarından olan Le Point belə həmin reportajı (video əlavə ilə birlikdə) öz saytında yerləşdirib.
Əlbəttə, Azərbaycanın trol zəkalı təbliğatçıları deyə bilərlər ki, əcnəbilər Azərbaycana qarşı düşmənçilik edirlər-filan. Amma Fransa haqqında bunu deyə bilməzlər. Bu, həmin Fransadır ki, Azərbaycan hakimiyyəti orada milyonlarla təbliğat xərci qoyur. Strasburqda Notre Dame kilsəsini təmir etdirir, Parisdə Luvr muzeyini təmir etdirir, hətta ucqar fransız şəhərlərində də yerli bələdiyyələrə «siyasi rüşvət» olaraq abadlıq işlərinin xərcini çəkir. Biz isə fransızlara lobbi xərcləri ödəmirik. Heç, özümüzü də elə aparmırıq ki, kimlərsə, hansı dövlətlərsə bizdən azərbaycanın milli sərvətlərinin hansısa hissəsini əvəzsiz olaraq tələb etsin. Sadəcə, Azərbaycanda azadlıq adalarının olduğunu göstəririk və onlar da bu cəhdləri dəyərləndirirlər. Dünəndən bəri Turan TV haqqında həmin reportajı öz oxucularına təqdim edən bütün fransız KİV-lərinin keçid linklərini verə bilmərik, bu, çox böyük siyahı olardı, amma hər halda onlardan bəzilərini Azadlılğın oxcularına təqdim edirik:
Il mène seul, exilé à Strasbourg, son combat contre le gouvernement azéri
Publicerat av CNEWS den 9 april 2018
(bu, C news televiziya kanalının facebook səhifəsidir, reportaj telekanalda yayılandan sonra fb səhifəsinə də yüklənib)
http://switzerland-fr.otpisal.com/fr_ch/118050
https://fr.news.yahoo.com/strasbourg-une-télé-pirate-défie-175857040.html
https://www.titrespresse.com/32783621712/tv-azerbaidjan-turan-pirate
https://actu.orange.fr/societe/videos/azerbaidjan-turan-tv-la-tele-pirate-VID0000002Ar2Q.html
https://www.actualites-du-jour.eu/article/azerbaidjan-turan-tv-la-tele-pirate/3254560
azadliq.info