Bu məlumatı «Azadlıq» a İngiltərədəki mənbə bildirdi
İndicə Azərbaycanın Böyük Britanıyadakı səfriliyi ilə bağlı əməkdaşımıza verilən xəbərdə iddia edilir ki, Britaniya hökumətinin uyğun qurumları Azərbaycan səfriliyinin bank hesablarını qapayıblar. Bu barədə məlumatı İngiltərə xarici işlər nazirliyi ilə yaxın münasibəti olan mənbə bizə bildirib və mənbə bildirir ki, indi səfirlik faktiki olaraq heç bir maliyyə əməliyyatı apara bilmir. Mənbə bildirir ki, bu, Britaniyada Rusiya və digər oxşar rejimlərin hökumətlərinin İngiltərə üzərindən apardıqları maliyyə əməliyyatlarını şübhə altına aldıqları üçün ola bilər. Səfirliyin bank hesablarının nə zaman açıla biləcəyi barədə mənbə heç bir bilgi verə bilməyib. İş saatları başa çatdığı üçün bu xəbəri nə İngiltərədəki səfirliklə, nə də Azərbaycan Xarici İşlər Nazirliyi ilə dəqiqləşdirə bildik. Xəbəri sabah dəqiqləşdirməyə çalışacağıq.
azadliq.info