Avropa İttifaqının nümayəndəsi Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanatla çıxış etmişdir.Bəyanat Avropa İttifaqı Xarici Siyasət və Təhlükısizlik Xidmətinin saytında yerləşdirilmişdir.
Bəyanatda deyilir:”ATƏT-in Seçkiləri Müşahidə Missiyasının Rəyində seçkilərin siyasi fəaliyyət imkanlarının minimuma endirildiyi, qanunvericilik vasitəsilə fundamental hesab olunan sərbəst toplaşma, ifadə və mətbuat azadlıqlarının kəskin məhdudlaşdırıldığı şəraitdə keçirilmişdir. Seçki günü müşahidəçilər çoxsaylı qanun pozuntuları ilə qarşılaşmışlar.Seçki qanununun tələblərinə geniş miqyasda sayğısız münasibət göstərilib.
Avropa İttifaqı Azərbaycan hökumətindən bu problemlərin həlli istiqamətində əməli addımlar gözləyir və bu sahədə hər cür kömək göstərməyə hazır olduğunu bildirir”.