Rusiyadan “Dostluq” ordeni alanlar nə vaxt hərəkətə keçəcək?
Aprelin 11-də keçirilən prezident seçkisi bundan əvvəlki bütün seçkiləri kölgədə qoydu. Təkcə sosial şəbəkələrdə paylaşılan “seçki şedevrləri” birmənalı qiymət verilməsinə kifayət edirdi. Seçkilər o qədər rəqabətsiz, primitiv, saxta keçirildi ki, ATƏT-də fakt qarşısında qaldı və mənfi rəy verdi. Bundan Azərbaycan hökumətinin “xüsusi təyinatlı”ları hücuma keçdilər, bu qurumu ermənipərəstlikdə ittiham etdilər və seçkilərin şəffaf keçdiyini gözümüzə soxmağa çalışdılar. Amma artıq gec idi və gözlər həqiqəti görmüşdü. Hökumətin vətənşüvənləri nə qədər rola girməyə çalışsalar da sinifdə qaldılar. Daha sonra məlum oldu ki, hökumət “prinsipial” addımlar atacaq və ilk nümunə kim ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi Vüqar Əhmədov tutduğu vəzifədən istefa verdi. Sən demə, ATƏT-in seçkiyə mənfi rəy bildirməsi Vüqar Əhmədovun heysiyyətinə toxunub və bu formada etirazını bildirib.
Bu məqamda yekə bir sual meydana çıxır. Belə prinsipial addımlar Rusiyaya qarşı niyə nümayiş etdirilmir? Ermənistana maddi, hərbi, mənəvi, siyasi dəstəyini bir gün də əsirgəməyən, Ermənistanı açıq şəkildə əsas müttəfiqi adlandıran, Qarabağda əli qana batanlara orden-medal paylayan Putinə qarşı niyə bu aqressiya hiss olunmur? Rusiyanın “Dostluq” ordeni ilə sinəsini sərinlədənlər, niyə bu ordendən imtina etmirlər? Əgər bu adamlar vətənpərvərdilərsə, dövlətin qürurunu hər şeydən uca tuturlarsa, Qarabağıböyük dərd hesab edirlərsə, bu, Rusiyaya münasibətdə də özünü göstərməlidir.
Amma biz açıq şəkildə görürük ki, Azərbaycan uğrunda deyil, hökumət komandasının maraqları uğrunda “yaxacırma” prosesi gedir. Ona görə də telekanallardan, mətbuatdan boy atan rejim sözçülərini ciddiyə almaq laızm deyil. Onların nümayiş etdirdiyi “kitayski” prinsipiallıqdır. Cinayət başında yaxalanıblar və öz adlarını özgələrə yapışdırmağa çalışırlar.
Samir