Milli Şuranın sədri Cəmil Həsənli ATƏT-in Müşahidə Missiyasında işləmiş Vüqar Əhmədovun istefası ilə bağlı fikirlərini fb səhifəsində paylaşıb:
ATƏT DTİHB İlham Əliyev rejiminin seçki rüsvayçılığını ifşa etdikdən sonra Azərbaycan hakimiyyəti bu quruma qarşı indi şər-böhtan kampaniyasına başlayıb. Deməli ATƏT-in seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi Vüqar Əhmədov bu gün tutduğu vəzifədən istefa verib yekə bir mətbuat konfransı keçirib. Dəlili də budur ki, guya qurum hesabatı əvvəlcədən hazırlamışdı. Mətbuat konfransı bir ondan soruşan yoxdur ki, əgər əvvəlcədən rəy hazır olubsa və siz də bundan məlumatlı olmusunuzsa niyə dərhal istefa verib ATƏT-i “ifşa” etməmisiniz. Vüqar Əhmədov bu məsələdə ictimaiyyəti bir az kreativ formada aldatmaq istəyir. Çenki rəyin çox hissəsi elə əvvəlcədən hazırlanmalı idi. Məsələn seçki dövründa plüralizmin olmadığı, namizədlərin əldəqayırma olduğunu qeyd etmək üçün, toplaşma azadlığının olmadığını, İlham Əliyevin alternativsiz seçki keçirdiyini, 2 milyon seçicinin qeydiyyatdan gizlədildiyini, İlham Əliyevin debatlara çıxmadığını, namizədlərin İlham Əliyevə səs verməyə çağırışlarını və bu qəbildən olan məsələləri rəyləşdirmək üçün 11 apreli gözləmək lazım deyildi. Bunlar elə müşahidə edilən vaxt rəyləşdirilməli və seçki günü baş verən rüsvayçılıq da həmin gün rəyə əlavə edilməli idi. Görünür Vüqar Əhmədovu missiyaya hakimiyyətin müvafiq orqanları yerləşdirmişdi və indi də təyinatına uyğun ondan ATƏT-in obyektiv rəyini şübhə altına almaq üçün istifadə edirlər.