Bugün axşam saatlarına təyin olunmuş mitinqdə Ermənistan müxalifətinin lideri Nikol Paşinyan “strateji əhəmiyyətli” bəyanat verəcək. Bu barədə o, özünün “Facebook” səhifəsindəki müraciətində deyib.
“İnqilab davam etməli və xəyali deyil, real nəticələr verməlidir. Hamını bu gün Respublika meydanında olmağa çağırıram, çünki strateji əhəmiyyətli bəyanat səslənəcək”, – Paçinyan deyib.
O əlavə edib ki, mitinqdə etiraz hərəkatının ikinci mərhələsinin “yol xəritəsi” açıqlanacaq – prosesin “hamı tırəfindən arzulanan” və məntiqi sonluğuna çatmaq üçün hərəkatı necə davam etdirməli.