Milli Şura ölkә gündәmi müzakirә etdi
Aprelin 26-da Milli Şuranın Koordinasiya Mәrkәzi növbәti iclasını keçirib. İclasda bir sıra mәsәlәlәr müzakirә olunub.
İlk mәsәlә tanınmış vәkillәr Әsabәli Mustafayev vә Nemәt Kәrimlinin fәaliyyәtini Vәkillәr Kollegiyasının 1 il müddәtinә dayandırması olub. Qeyd edilib ki, hakimiyyət müstəqil, savadlı və peşəsinə sədaqətli, xüsusən də şərlənib həbs olunan müxalifətçiləri müdafiə edən vəkillərə qarşı səlib yürüşünü davam etdirir. İş o yerə çatıb ki, başqalarının hüquqlarını müdafiə etməli olan vəkillər öz hüquqlarını qoruya bilmirlər. MŞ üzvlәri Vәkillәr Kollegiyasını hökumətin əlində siyasi və cəza alətinə çevrilmәkdә suçlayıb. Bildirilib ki, Ә.Mustafayev vә N.Kәrimli barәdә qәrar ciddi hüquq pozuntusu olmaqla yanaşı, onların müdafdiə etdiyi vətəndaşları müdafiəsiz qoymaqdır. Hakimiyyət bu cür əməllərlә ölkәdә vәkillik institutunu tamamilә sıradan çıxarır vә xüsusәn dә özünün әleyhdarlarını hüquqi müdafiә imkanlarından mәhrum etmәk mәqsәdi güdür.
İclasda İnzibati Xәtalar Mәcәllәsinә tәklif edilәn dәyişikliklәrә dә münasibәt bildirilib. Tәklifә әsasәn, mitinq, yürüş vә başqa kütlәvi aksiyalarda qanunsuz iştiraka görә cәzalar sәrtlәşdirilir – hәm cәrimәlәr artırılır, hәm dә inzibati hәbs nәzәrdә tutulur. Milli Şura hesab edir ki, bu, hakimiyyәtin ölkәdәki geniş narazılığın gec-tez kütlәvi hәrәkata çevrilәcәyindәn ehtiyatlanmasının nәticәsidir. Azәrbaycan iqtidarı әn son Ermәnistanda vә buna qәdәr bir sıra başqa ölkәlәrdә baş verәnlәrdәn sәhv nәticә çıxarır, ölkәdә günbәgün labüdlәşәn dәyişikliklәrin qarşısını inzibatı zorun hesabına ala bilәcәyini düşünür.
İclasda 1 il әvvәl istintaq tәcridxanasında müәmmalı şәkildә hәlak olan siyasi mәhbus Mehman Qәlәndәrovla bağlı mәsәlәyә dә toxunulub. Bildirilib ki, onun tәcridxanada özünü asmağa vadar edilmәsindәn vә ya asılmasından 1 il ötsә dә, bu hadisә araşdırılmamış qalır. O zaman ictimaiyyәt M.Qәlәndәrovun ya öldürüldüyü, ya da özünü öldürmәyә mәcbur edildiyi qәnaәtinә gәldi vә hökumәt dә hadisәnin әn qısa zamanda araşdırılıb, hәqiqәtin üzә çıxarılacağını vәd etdi. Lakin vәd olunanın әksinә, ötәn müddәtdә bu hadisә örtbasdır edilmәyә vә unutdurulmağa çalışılıb. Bu da o qәnaәti möhkәmlәndirir ki, M.Qәlәndәrov tәcridxanada hansısa cinayәtin qurbanı olub vә bu cinayәtin üstü nә zamansa mütlәq açılacaq.
İclasda hәmçinin, ölkәdә insan haqlarının kütlәvi pozulmasının davam etdiyi, siyasi mıhbuslar probleminin hәll olunmadığı pislәnilib. Xüsusi olaraq vurğulanıb ki, hazırda onlarla siyasi mәhbusun sәhhәtindә ciddi problem yaranıb, onların hәyatı tәhlükә altındadır. Lakin öz vәtәndaşlarına qarşı qisasçılıq edәn hakimiyyәt nәinki onları azad etmәk barәdә düşünür, heç onların müalicәsinә dә imkan yaratmır. Milli Şura hakimiyyәtdәn bir daha tәlәb edib ki, siyasi mәhbusların hamılıqla tәcili azad edilsin, buna qәdәr isә onlardan ehtiyacı olanların müalicәsinә şәrait yaradılsın.