2017-ci ildə “Azərxalça” ASC xalça satışından 62,3 min manat qazanıb. İstehsal xərcləri isə 107,5 min manat təşkil edib. Bu barədə şirkətin maliyyə hesabatında məlumat verilir. Məhsulların satışının təşkili, inzibati və əməliyyat xərcləri nəzərə alınmaqla “Azərxalça”nın əməliyyat xərcləri il ərzində 1 milyon manatı keçib.
Son illərdə heç bir ciddi marketinq araşdırmaları aparılmadan xalça istehsalı müəssisələrinin yaradılması belə acınacaqlı nəticə doğurmalı idi. İstehsal olunan məhsulların anbarlarda yığılıb qalması, satışın çox məhdud olması, xalça müəssisələrinin rentabelli olmaması bəlli ola-ola yeni müəssisələr qurulması avantürası hələ də davam edir. Belə korafəhim soyasət nəticəsində dəyən ziyanı kimin kompensasiya edəcəyi çox maraqlıdır. Bu sualın hökuməti narahat edəcəyi qənaətinə gəlmək mümkün də deyil. Başqa sahələrdə olduğu kimi, xalçaçılığın da tezliklə süqut edəcəyi proqnozunu vermək heç də çətin deyil.
azadliq.info