2018-ci ilin aprel ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən Mərkəzi Bankda keçirilmiş valyuta hərraclarında 802,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə “Marja“ya Fonddan bildirilib.
Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin mart ayı ərzində 647 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Mart ayı ilə müqayisədə Apreldə valyuta satışı 24% artıb.
Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin yanvar ayı ərzində 299,1 milyon ABŞ dolları məbləğində, fevral ayı ərzində 364,1 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
2018-ci 4 ayı ərzində isə ARDNF tərəfindən satılmış valyutanın həcmi 2 milyard 112,8 milyon ABŞ dolları təşkil edir.
Qeyd edək ki, Aprel ayında Türk lirəsinin və Rusiya Rublunun dəyərdən düşməsilə əlaqədar olaraq Azərbaycanda da Dollar alışları artmışdı.