Bakı Apellyasiya məhkəməsində AXCP Gənclər Komitəsinin Məclis üzvü Orxan Baxışlı barədə seçilmiş həbs-qətimkan tədbirindən verilmiş şikayətə baxılıb. Əflatun Qasımovun sədrliyi ilə keçən prosesdə Yasamal rayon məhkəməsinin qərarından verilmiş şikayət dəyişdirilmədən saxlanılıb.
“Həbs-qətimkan tədbirinin ev dustaqlığı və ya girov müqabilində azadlığa buraxılma imkan tədbiri ilə əvəzlənməsi barədə Yasamal rayon məhkəməsinə yenidən müraciət ediləcək” – deyə, vəkil Elşin Sadıqov məhkəmənin qərarı barədə açıqlamasında bildirib. Vəkil deyib ki, O.Baxışlının səhhəti normaldır, saxlanma zamanı işgəncəyə məruz qalmayıb.
O.Baxışlı qurama narkotik ittihamı ilə həbs olunub. O, narkotiki cibinə polisin atdığını bildirib.