Nəsimi Məmmədli
Son vaxtlar sosial şəbəkələrin fəal istifadəçiləri olan xeyli müstəqil ictimai-siyasi xadimlər, nüfuzlu qazilər, din xadimləri, vicdanlı jurnalistlər də məhz hökumət üzvləri kimi onlara ünvanlanmış ümumi müraciətləri qulaqardına vurur. Belə ümumi müraciətlər qarşılarına çıxanda üzərindən sükutla keçirlər.
Dostlar, indi xalqımız və dövlətimiz çox mübəkkəb bir dövrü yaşamaqdadır. Bu şəraitdə hər kəsin ağır çətinliklərlə üzləşməsi mümkündür. Kimsə bu aqibətdən sığortalanmayıb. Hökumətə yaxınlığı şübhə doğurmayanların sərgilədiyi yanaşmanı lütfən bir kənara qoyun, axı onlar fərqli davrana bilməz. Heç olmasa siz belə bir anda öz davranışınızla nümunə göstərin.
Mütəmadi olaraq təqsirsiz insanların şərlənərək həbs edilməsinə açıq etiraz etməkdən çəkinmənizi bəlkə də hansısa amillərə görə anlamaq olar. Ancaq, hər an həyatı təhlükəsi olan çox ağır xəstələrin şərlənərək həbs edilməsinə susmağın heç bir halda bəraəti olmayacaq. Bunun ağır mənəvi yükündən xilas olmaq elə də asan məsələ deyil axı.
Bu şəraitdə həbsdə olan təqsirsiz insanlara mənəvi dəstək vermək özü bir vətəndaşlıq borcudur. Təəssüf ki hələlik çoxumuzun başqa cür yardım etməyə gücü yetərli deyil.
Dostlar, çox ağır dializ xəstəsi olan Mirfeyzulla Seyidovun qanunsuz həbsini, habelə, xərcəng xəstəsi olan digər bir təqsirsiz gənc Elnur Fərəcovun hələ də məhbəsdə saxlanmasını əlinizdəki hər fürsətdən istifadə edib qınamağa çağırıram. Gözümüzün önündə bu təqsirsiz insanların həyatı təhlükə altındadır. Hərəyə bir status yazmaqla hər gün ardıcıl olaraq onların həbsinə etiraz etmək lazımdır.