“ABŞ İranın siyasətində real dəyişiklik olmayacağı təqdirdə, sanksiyaları aradan qaldırmayacaq”.
Bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo Vaşinqtonda “Heritage Foundation”da çıxışı zamanı İrana qarşı sanksiyaların yumşaldılması üçün 12 şərti açıqlayarkən deyib.
“Tehranın siyasətində daimi və real dəyişiklik olacağı təqdirdə, biz tətbiq etdiyimiz məhdudiyyətləri yumşaldacağıq”, – M.Pompeo bildirib.
Onun sözlərinə görə, hazırda tətbiq edilən sanksiya İrana xaricdəki müttəfiqlərini maliyyələşdirmək imkanı verməyəcək: “İran bir seçim etmək məcburiyyətində qalacaq: ya öz iqtisadiyyatını düşünməli, ya da öz resurslarını xaricdəki müttəfiqlərinə sərf etməlidir”.