Hikmət Nikbin
Bu hakimiyyət bir gerçəkliyi etiraf etməlidir. Etiraf etməlidir ki, H. Əliyev “siyasəti” Azərbaycan Respublikasını dövlət idarəçiliyindən ailə idarəçiliyinə, nəsil idarəçiliyinə qədər endirdi. Nəticədə Respublikanı Xalq yox, ailələr, nəsilər “idarə” etməyə başladı. Daha doğrusu, ölkə idarə olunmaz hala gətirildi. Doğrudan da, bu gün dövlətdən, idarəçilikdən, Xalqdan əsər-əlamət qalmayıb. Qanunların “dəfni” MAĞARA üsul-idarəçiliyinə vurğunluq insanları “hüquqlulara” və hüquqsuzlara ayırıb. Hüquqsuzların hüquqları uğrunda mübarizəsi bu ölkədə cinayət, cəza sayılır.
H. Əliyev “siyasəti” Azərbaycanda nə vardısa hamısını məhv etdi. Rus-fars düşüncəsinin “məhsulu” olan bölgə təsəvvürünün çarlıq etdiyi Azərbaycan bu hakimiyyətin apardığı uğursuz siyasət nəticəsində küçələşdi, məhəllələşdi.
Bu idarəçiliyin təsəvvüründə Azərbaycan idarəçiliyin atdığı addımı boydadır. Addımından böyük deyil. Yəni, yerində olmayan bu hakimiyyət müstəqilliyin, dövlətçiliyin mahiyyətini başa düşmür. Müstəqilliyimizi, Dövlətçiliyimizi sarsıdır.
Zaman-zaman bölgəçilik xəstəliyindən əziyyət çəkən Respublikamız həm də “görkəmli” nəsillər xəstəliyindən əziyyət çəkir. 21-ci əsrdə nəsilçilik “ənənəsiylə” yaşamaq, ölkələrin, xalqların manqurtluğa mübtəla olmasıdır.
Bir sözlə, H. Əliyev ona inananların ümidini doğrultmadı. Bu gün isə Xalqın “ümummilli” liderə bəslədiyi ümidlər puç olub. Xalq başa düşüb ki, H. Əliyev, sadəcə, şirin bir yuxu imiş. Gerçək həyatda isə heç bir uğur, heç bir qələbə ! Bəlli olub ki, O, idarəçilik barədə heç bir təsəvvürə malik deyilmiş. Demə, ömür boyu “hərbə-zorba”sı, “yumruq”ları dadına çatırmış. SİYASİ düşüncədən daha çox JANDARM düşüncəli adam imiş.
H. Əliyev hakimiyyətinin uğursuzluğunun bir səbəbi də oğul-gəlin- qohum-quda-qonşu-dost xatirinə siyasi institutu bitirən məzunlardan lazımsız, gərəksiz bir əşya kimi imtinaydı.
Siz siyasi baxımdan qəbrinizi çoxdan qazmısınız.
Boş qalmış qəbrinizə, girin !
Özünüzü dəfn edin !
GEDİN !
Axı, Azərbaycanın bəxtsizliyinin, talesizliyinin səbəbkarı sizsiz !
F. Ağamalı hakimiyyətin xarici siyasətdəki “daş” lallığını E. Məmmədyarovun boynuna qoymaqla cəmiyyətin narazılığını gərəksiz idarəçilikdən yayındırmaq istəyir. (bəs daxili siyasətdəki daş lallığını kimin boynuna atacaqsınız) Bəs, 1993-2004-cü ilə qədər günahkar kimdir ? Təbii ! Xİ naziri də prezident,digər nazirlər, deputatlar kimi yerində deyil. Əğər 14 il bu şəxs yerində olmaya-olmaya işləyirsə, deməli, hakimiyyət özü mənasızdır.
Eh, nə deyim, F. Ağamalı ?
Politoloq müəllim işləyir. Tarix müəllimi işləyən sən də siyasətlə məşğulsan. Daha doğrusu siyasətin əyləndiyi adamsan.
Bir deputat da xarici siyasət nazirini əvəz edə biləcək səfirlərdən danışır. Ad çəkmir. Əsaslandırır ki, ona görə ad çəkmirəm ki, tanımasınlar. Onların vəzifələrini itirmələrinə səbəb ola bilər.
Bu nə təsəvvür ?
Bu nə düşüncə ?
Sanki hamı vəzifə marığına yatıb. Məgər,bu idarəçilik əldən qapdı, əldən qaçırtdı idarəçiliyidir ?(həmin deputatın dediyindən bu nəticəyə gəlmək olur) Və ya, sanki, həmin deputat müharibə meydanını təsvir edir. Sanki, PUSQUda duran, PUSQUda gizlənən qüvvələrin yerini bildirmək istəmir. Həqiqətdə isə bu idarəçilikdə hamı bir-birinə bərabərdir. Çünki bu hakimiyyət istedad və qabiliyyətinə görə formalaşmayıb.