AXCP Nizami rayon şöbəsinin üzvü Rahib Səlimov dünən Nizami rayon məhkəməsi tərəfindən 25 sutka həbs cəzası alıb. Rayon şöbəsindən verilən məlumata görə dünən Rahibin sürücü işləyən atası DYP işçiləri tərəfindən saxlanılaraq, Nizami Polis İdarəsinə gətirilib. Ondan oğluna zəng edərək polis şöbəsinə gəlməsi tələb olunub.
Rahib şöbəyə gələn kimi həbs edilib və ona qarşı CM-nin 535-ci maddəsi ilə polisə müqavimət ittihamı irəli sürülüb. Cəbhəçi dostları bu ittihamın gülünc olduğunu bildirir və deyirlər Rahibi “İlham Əliyev diktator” profil şəklinə görə həbs ediblər.