Azərbaycan Ziyalılar Birliyi Nəsimi bazarı yaxınlığındakı qərargahından çıxarılır. Bu barədə Birliyin sədri Eldəniz Quliyev məlumat verib. “Dostlar, qərargahımızı təcili surətdə tərk etmək məcburiyətindəyik… Ziyalılar Birliyi son beş ildə artıq 9-cu dəfədir ki, öz ofisindən çıxardılır…
Bu da şanlı hökumətimizin cumhuriyyətin 100 illiyi ərəfəsində bizlərə bəxş etdiyi “bayram hədiyyəsi”.
Tolerantlıq və multikulturallıqları fantan vurur lap!..”,-deyə Ziyalılar Birliyinin sədri özünün feysbuk səhifəsində məsələyə münasibətini ironik şəkildə qeyd edib.