ReAl Partiyasının sədri İlqar Məmmədov həbsxanadan Cümhuriyyətin 100 illiyi münasibətilə bayram təbriki ünvanlayıb. Məktubda deyilir:
“Bugünkü Azərbaycan hökuməti dövlətin sahibinin millət olduğu gerçəkliyini tanımır. Xarici imperialist havadarlarını təmin edən sülalə diktaturası xalqımızı qorxu mühitində saxlayaraq, onu dünyanın elmi, mədəni, ticari, sosial, texnoloji tərəqqisinin ön sıralarına keçməsinə imkan vermir. Yolunu azmış bu hakimiyyətin qorxduğu bir şey vardır. Bu da “Millətlərə istiqlal, insanlara hürriyət” ideyasının işığıdır. Bu gün 100 rəqəmi həmin o cümhuriyyət işığının gücünü ifadə edir, 95 rəqəmi isə onun qarşısında hörülən neft, qaz və diktat divarının hündürlüyünü ifadə edən ölçü vahidləridir. O divar qanunsuzdur və sökülməlidir. Cümhuriyyət bayramınız mübarək!”