Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Gəncədə polis zabitlərini öldürməkdə şübhəli bilinənlərdən biri, Fərrux Qasımov artıq saxlanılıb.
***
İyulun 10-da Gəncədə yüksəkrütbəli iki polis zabitini qətlə yetirməkdə şübhəli bilinən iki şəxs axtarışdadır. Bu haqda Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinın açıqlamasında deyilir.
Axtarışda olan şəxslərin Gəncə şəhər sakinləri, əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Böyükkişiyev və Fərrux Qasımov olduğu deyilir.
«Onlarin həbsi üçün intensiv iş aparılır», – açıqlamada qeyd olunur.