Bakı Dövlәt Universitetinin yeni rektoru Nәrgiz Paşayeva olacaq. Bu barәdә redaksiyamıza BDU-dakı mәnbәlәrdәn mәlumat daxil olub. Mәlumata görә, Nәrgiz Paşayevanın BDU-ya rektor tәyin edilmәsi haqda prezident sәrәncamı artıq hazırdır. Sәrәncam hәlә elan edilmәsә dә, BDU-nun rәhbәrliyinә daxil olan şәxslәr bu barәdә mәlumatlandırılıb.
Nərgiz Paşayeva dövlət başçısının həyat yoldaşı Mehriban Əliyevanın bacısıdır. Moskvanın Lomonosov Universitetinin Bakı filialına rəhbərlik edirdi. Bir müddət əvvəl Elmlər Akademiyasının vitse-prezidenti təyin olunmuşdu. Nərgiz Paşayevanın bu posta gətiriləcəyi haqqında şayiələr uzun müddət idi ki, dolaşırdı. Hakimiyyətdə mövqelərini daima gücləndirən paşayevlər klanının BDU kimi siyasi əhəmiyyət kəsb edən bu müəssisəni ələ keçirəcəkləri gözlənilən idi.
Azadliq.info