Noyabrın 20-si səhər Gəncə şəhərindəki dördmərtəbəli yaşayış binalarının birində partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti tapılıb, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.
Yaşayış binasında baş verən partlayış zamanı dağıntılar altında qalan daha iki nəfərin – 1971-ci il təvəllüdlü Nigar Tağı qızı Tağıyeva və onun oğlu 1994-cü il təvəllüdlü Hüseyn Oktay oğlu Heydərovun meyidi tapılaraq çıxarılıb.
N.Tağıyevanın orta məktəb müəllimi olduğu bildirilir.
Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.