Estoniyada Danimarkanın Danske Bankı ilə bağlı çirkli pulyuma qalmaqalına görə 10 nəfər saxlanıb. Rəsmi məlumat dekabrın 18-də yayılıb.
Həmin şəxslər sözügedən qalmaqal çərçivəsində ilk saxlananlardır.
Danimarka, Estoniya, Britaniya və Birləşmiş Ştatlar 2007-2015-ci illərdə bu filial vasitəsilə 200 milyard avronun (229 milyard dollar) yuyulmasını araşdırır.
Saxlanan şəxslərin “çirkli olmaqda şübhəli bilinən vəsaiti bilərəkdən transfer etməsindən şübhələnməyə əsas var”, Estoniya prokurorunun bəyanatında deyilir.
Danske sentyabrda yaydığı hesabatda bildirirdi ki, 42 keçmiş əməkdaşı və agentinin “şübhəli fəaliyyətdə iştirakı” düşünülür.
Danimarka bankı saxlanan şəxslərin Estoniya hakimiyyətinə barəsində məlumat verilənlərin siyahısında olub-olmadığını açıqlamayıb.
Qeyd edək ki, Azərbaycanın da 2.9 milyard dollarının bu şəbəkə vasitəsilə yuyulduğu jurnalist araşdırmaları ilə sübut olunub.