Barəsində yenidən qondarma cinayət işi açılmasına etiraz olaraq ölüm aclığına başlayan siyasi məhbus, bloqçu Mehman Hüseynovun səhhətində ciddi problemlər yaranıb. M.Hüseynovun səhhətindəki sondurumla bağlı Azər Kazımzadə facebook səhifəsində status paylaşıb: “Dostlar biraz əvvəl 14-cu kalonda cəza çəkən bir dostumun qardaşı zəng eləmişdi.Deyir Mehman Huseynovun vəziyyəti kritik həddə çatıb və kənardan həkim heyyəti gətiriblər.Dediyinə görə nə qədər etsələrdə Mehman nə su içir nədəki yemək yeyir.Həkimlər təcili olaraq Mehmanın xəstəxanaya yerləşdirilməsini bildiriblər”.