Dünya azərbaycanlılarının həmrəyliyi gününü və Yeni il bayramı münasibətilə AXCP sədri Əli Kərimli və partiya rəhbərliyi cəbhəçi siyasi məhbus ailələrinə baş çəkib. Cəbhəçi siyasi məhbuslar sədr müavinləri Fuad Qəhrəmanlı, Seymur Həzi, müşavirlər Məmməd İbrahimin, Asif Yusiflinin, Xətai rayon şöbəsi Gənclər Komitəsinin sədri Fuad Əhmədlinin, GK Ali Məclisinin sədri Ruslan Nəsirlinin, Orxan Baxışlının ailələrini ziyarət edən partiya rəhbərliyi həbsdə olan əqidədaşlarının ailələrinin də özləri qədər möhkəmliyinə şahid olublar.
AXCP-nin rayon şöbələri də rayonlarda cəbhəçi siyasi məhbuslar Murad Әdilovun, Elçin İsmayıllının və Ziya Əsədlinin ailələrini ziyarət edib, onlarla bayramlaşıblar.