Qubad İbadoğlu, Rutgers Universitetinin professoru
Mənasız beynəlxalq tədbirlərə ev sahibliyi etməkdən imtina olunsa, səmərəsiz xərclər büdcənin üzərinə qoyulmasa
İqtisadçıdan Təhsil Nazirliyinə 7 təklif
Fevralın 14-də prezident tələbələrin təqaüdlərinin artırılması ilə bağlı fərman verib. Fərmana görə, 2019- cu ilin martın 1-dən təqaüdlər orta hesabla 20 faizə yaxın artacaq, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 16 000 vahid artırılacaq. Beləliklə də bu fərmandan 600-ə yaxın doktorant və 110 mindən artıq tələbə bəhrələcək və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına nisbəti hazırkı 31 faizdən 45 faizə çatdırılacaq. Bütün bunları təqdir edirəm. Eyni zamanda bəzi hesablamalarımı və təkliflərimi sizinlə bölüşmək istəyirəm.
Hesablamalara görə, bu məqsədlə dövlət büdcəsindən 25 milyon manat ( xarici borclara görə büdcədən bu il ərzindən nəzərdə tutulan vəsaitin 12 faizi və yaxud sosial-iqtisadi və digər tədbirlərin maliyyələşdirilməsinə ayrılan vəsaitin 9 faizi qədər) vəsait ayrlacaq. Əslində bu üqayisələri aparmaqla demək istərdim ki, əgər büdcə vəsaitləri düzgün bölüşdürülərsə, Azərbaycan mənasız beynəlxalq tədbirlərə ev sahibliyi etməzsə, eyni zamanda dövlət qurumlarının səmərəsiz istifadə etdiyi dövlət təminatlı xarici kreditlərə ödəniş öhdəliyi büdcənin üzərinə qoyulmazsa
tələbələrin təqaüdlərini 20 faiz deyil, 50 faiz də artırmaq olardı. Çünki 20 faiz artım yetərli deyil. Belə ki, artımdan sonra ən yuxarı akademik göstəricilərə malik olan tələbələr 130 manat təqüd alacaq. Bu o deməkdir ki, orta təqaüd 90 manatdan aşağı olacaq. Bu il üçün ölkədə yaşayış minimumun 180 manat təsdiq ediliyini nəzərə alsaq bu vəsait hətta miimum ehtiyacların yarısını belə ödəməyəcək.
Odur ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Nazirlər Kabinetinə təklif edirəm:
1) Minimum yaşayış səbəti yalnız ölkə üzrə deyil, rayonlar üzrə də hesablansın və tələbələrin təqaüdü minimum yaşayış səbətinə çatdırılsın və regionlar üzrə fərqləndirilsin. Nəzərə almaq lazımdır ki, Zaqatalada mənzil kirayəsi ilə Bakıda mənzl kirayəsi haqları və ərzaq qiymətləri eyni deyildir.
2) Tələbələrin təqaüdlə təminat səviyyəsi hazırkı 45 faizdən yaxın 3 il ərzində 75 faizə çatdırılsın. Hər dörd tələbədən üçünə təqaüd almaq şansı verilsin.
3)Tələbələrə yalnız dövlət büdcəsindən deyil, həmçinin Təhsil Nazirliyindən və Universitetlərin ödənişli təhsildən aldığı vəsaitlər hesabına yaradılan Fonddan adlı (rektor, prorektor, dekan) təqaüdləri verilsin.
4) Ayrı-ayrı dövlət orqanlarının xüsusi vəsaitləri hesabına onların dövlət siyasətini həyata keçirdiyi sahələr üzrə təqaüdlər ayrılsın. Məsələn, Mərkəzi Bank (bank ixtisasi üzrə təhsil alan tələbələrə), Maliyyə Nazirliyi (maliyyə ixtisasi üzrə təhsil alan tələbələrə), Kənd Təsərrüfatı Nazirliyi (aqrar ixtisas üzrə təhsil alan tələbələrə), Ədliyyə Nazirliyi (hüquq ixtisasi üzrə təhsil alan tələbələrə), Mədəniyyət Nazirliyi (mədəniyyət və incəsənət ixtisasi üzrə təhsil alan tələbələrə) və s. təqaüdlər təsis etsin. Bu prosesə özəl şirkətlər də qoşulsun.
5) Tələbələrin yaşayış xərclərini azaltmaq üçün onların yataqxana təminatı üçün dövlət büdcəsinin investisiya xərclərindən vəsait ayrılsın və tələbələr üçün Dərnəgül qəsəbəsində və Yasamalda ümumi yaşayış kompleksi tikilsin, həmin ərazidə məskunlaşan məcburi köçkünlər isə yeni yaşayış massivlərinə köçürülsün.
6) Doktorluq proqramda təhsil alan tələbələrə yerli akademik rəhbərlə yanaşı xarici akademik rəhbər götürmək hüququ verilsin, xarici akademik rəhbərin doktorantlarla işləməsi və doktorlntların xarici akademik rəhbərin təmsil etdiyi Universitetdə yay təcrübə (internship) proqramlarında iştirak üçün büdcədən Təhsil Nazirliyinə əlavə vəsait ayrılsın.
7) 2019-2020-ci təhsil ilində dünyanın ilk 100-də yer alan Universitetlərin bakalavr, magistr və doktorluq proqramlarına qəbul olunan bütün tələbələrin təhsil haqlarının ödənilməsi dövlət büdcəsindən həyata keçirilsin.