Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin yanvar ya da fevral aylarında keçirilə bilər. Parlamentin ətrafında baş verən biyabırçılıqlara görə cümə axşamı günü Milli Məclisdə çoxluğa malik, əsas partiyadan olan “millət vəkilləri” parlamentin buraxılması üçün prezidentə müraciət edib. Xalq düşünürdü ki, bu addım reformalarla bağlı idi, lakin Milli Məclisin dəhlizlərində bu addımı Birinci Ledi Mehriban Əliyevanın prezident kimi hakimiyyətə gəlməsinin mümkün ssenarisilə bağlayırlar. Vaxt göstərəcək.
Deputat Zahid Oruc BBC-ya verdiyi intervyuda deyib ki: “Ondan sonra parlamentin qərarı qanun qüvvəsini alması üçün dövlət rəhbəri tərəfindən imzalanır və bu avtomatik olaraq parlamentin buraxılması sayılır, parallel şəkildə yeni seçkilər təyin olunur. Növbədənkənar parlament seçkilərinin keçirilməsi ölkədə hər hansı bir fövqəladəlikdən irəli gəlmir. Müəyyən mənada, bu hadisə siyasi islahatların davamlılığı baxımından öz yerindədir. Bütün proseslər hüquqi müstəvidədir. Onsuz da dekabr ayı başa çatan kimi qış sessiyası bitirdi, Milli Məclis bir aylıq tətilə getməli idi. Hesab edirəm ki, yeni seçkilərin elan olunması onu sübuta yetirir ki, Milli Məclis bir sıra parametrlərə görə ölkə rəhbərini qane etməyib.”