İlham Əliyev -Paşayeva cütlüyü və onun yaltaqlananların diqqətinə
Natiq Güləhmədoğlu
O müdrik sözü belə idi: “Tarixin ən böyük dərsi odur ki, heç kim tarixdən-keçmişdən dərs almır”. Həqiqətən belədir. Buna baxmayaraq biz yenə bildiyimizi, deyək, yazaq, bəlkə nəsə bir təsir qoydu.
Oxudunuz. Əliyev müxalifəti xəstəliyi bəhanə edib dama salmaq istəyir. Əlacı olsa oda atıb yandırar da. Bu adam guya rəhbərdir. Azərbaycan coğrafiyası proto-dövlət dövründən üzü bəri bunun qədər boz, mənasız, infantil rəhbər görməyib. Bir yandan guya ölkə əhalisinə qayğı göstərdiyini gözə soxur, o biri yandan günahı, cinayəti ancaq səfeh siyasətə qarşı müqavimət olan adamları dövlətin günü ilə şərləyir, ləkələyir.
Bu adamın bugükü çıxışından sonra siz deyin, kimdə qarantiya var ki, iraq olsun, az-maz qrip, naxoş olan müxalifətçiyə hansısa o ağılda həkim iynə vurub öldürməsin, yaxud müalicədən imtina etməsin?!
İran şahının arvadı Fərəhin belə bir şakəri vardı, əri bir yandan milləti uf demədən qırır, bu isə cüzamlı xəstələr üçün hospital açıb tez-tez ora gedib millətə özünü canı yanan kimi göstərir, bu haqda qəzetlərdə, televizorda çoxlu xəbərlər təşkil etdirərdi. Sapsağlam adamları qırdıranlar, guya xəstələrə acıyırdılar.
Sonra noldu? İnqlab.
İnqilabdan sonra şah da, arvadı da ölkədən qaçdı. Onlara ən əziz dostları yaxın belə durmadı, hamı cuzamlı xəstələr kimi onlardan məsafə saxladı. Talenin ən amansız rəftarı ilə ABŞ-da baş verdi. Xərçəng xəstəliyi kükrəyən şahı hər yanda onu təhdid edən inqilab fədalilərindən gizlətmək üçün heç kimin ağlına gəlməməsi üçün dəlixanada gizlətdilər. İlyarım dözə bildi şah bu kəşməkeşli həyata, stressə, öldü, getdi cənabi Malikin kösövlü məmurlarının sərəncamına.
PS. Rza şahla İlhamın oxşar cəhəti xeyli olsa da, mən Rzanı daha ciddi sayıram. Elementar faktlara görə. Birincisi, onun çapı İlhamdan hədsiz iri idi.
İkincisi və ən əsası, Rza bütün qəddarlığına, əclaflığına baxmayaraq özünü 2 min illik imperiya qurucuları ilə identifikasiya edirdi, onların mistik gücünü canında hiss edirdi. İlhamın isə istinadgahı, ideoloji bazası, təməli heç bir ideya çəkisi olmayan çinovnik atasıdır. Geridə nə klassik şahlığın vazkeçilməz atributları sayılan sücayət, rəşadət nümunələri, hekayə var, nə müqəddəs şəcərə, sülalə, “təmiz qan”. Sivil dünya dəyərləri-azadlıq, demokratiyadan da söz gedə bilməz.