D18 Hərəkatının üzvü Cəlil Zabidov Yardımlı Rayon Polis İdarəsi əməkdaşıarının saxladığı bildirilir.
Bu barədə D18 Hərəkatı məlumat yayıb.
Bildirilir ki, o, saat 18:30-da heç bir əsas göstərilmədən idarəyə çağırılıb.
“Rəis müavini Davud Novruzov 2 polis əməkdaşını Cəlil Zabidovun evinə göndərib. Zabidovun qardaşı və qardaşı oğlunu polis təhdid və təhqir edib. Polis idarəsindən Cəlil Zabidovun telefonu tələb edilib, əks halda onu buraxmayacaqlarını bildiriblər”, – təşkilatın açıqlamasında belə deyilir.
Hərəkatdan “Arqument.az”a bildirilib ki, onun saxlanılmasına səbəb tənqidçi mövqeyidir: “Dünəndən Cəlil Zabidovdan heç bir xəbər yoxdur. Onun bu təzyiqlərlə üzləşməsinin səbəbi siyasi motivli yazıları və tənqidi mövqeyidir”.
D18 Hərəkatı Cəlil Zabidovun dərhal azadlığa buraxılmasını tələb edir.